Bank Of Baku

BAXCP sədri partiyanın rayon-şəhər gənclər təşkilatlarının üzvləri ilə görüşüb

BAXCP sədri partiyanın rayon-şəhər gənclər təşkilatlarının üzvləri ilə görüşüb
# 16 sentyabr 2008 15:56 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyevin partiyanın rayon-şəhər gənclər təşkilatlarının üzvləri ilə görüşü olub. APA-nın məlumatına görə, Q. Həsənquliyev görüşdə partiyanın fəaliyyəti haqda danışıb və prezident seçkilərinə hazır olduqlarını söyləyib. O bildirib ki, BAXCP seçkilərə “Biz bacararıq! - Qarabağımızı azad etməyi, rüşvətin və korrupsiyanın kökünü kəsməklə yoxsulluğu aradan qaldırmağı, ədalətli vətəndaş cəmiyyəti qurmaqla həyatımızı dəyişməyi”, “Bizə və özünüzə güvənin” şüarları ilə qatılacaq.

Toplantıda çıxış edən gənclər partiyanın liderinin seçkilərdə qalib gəlməsi üçün təbliğat işində fəal iştirak edəcəklərini bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR