Bank Of Baku

Parlamentin I vitse-spikeri: “Regionda baş verən son hadisələr Azərbaycanın hərbi doktrinasında nəzərə alınacaq”

Parlamentin I vitse-spikeri: “Regionda baş verən son hadisələr Azərbaycanın hərbi doktrinasında nəzərə alınacaq”
# 17 sentyabr 2008 08:49 (UTC +04:00)
APA-nın məlumatına görə, bu sözləri Azərbaycan Milli Məclisinin birinci vitse-spikeri, parlamentin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədri Ziyafət Əsgərov deyib. Azərbaycanın hərbi doktrinasının hələlik Milli Məclisə göndərilmədiyini bildirən Z. Əsgərov bu məsələnin dövlət başçısının səlahiyyətində olduğunu deyib.

Milli Məclisin payız sessiyası dövründə bir sıra vacib sənədlərin qəbul ediləcəyini deyən Z. Əsgərov bunlardan bir beçəsinin adını sadalayıb: “Adətən payız sessiyası dövlət büdcəsinin qəbulu ilə əlamətdar olur. Bundan başqa, Rəqabət Məcəlləsi, İnzibati Prosessual Məcəllənin, habelə “Təhsil haqqında”, “Xarici ölkələrdə sülhyaratma missiyasını həyata keçirən Azərbaycan qoşunlarının statusu haqqında”, “Hərbiçilərin istintaq təcridxanalarında saxlanmasının xüsusiyyətləri haqqında” qanun layihələrinin müzakirəyə çıxarılması gözlənilir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR