Bank Of Baku

Ziyafət Əsgərov Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni formata ehtiyac görmür

Ziyafət Əsgərov Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni formata ehtiyac görmür
# 17 sentyabr 2008 09:01 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. “Güman etmirəm ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı hər hansı yeni formata ehtiyac var. Biz ATƏT-in Minsk Qrupunun fəaliyyətindən istədiyimiz nəticəni ala bilməsək də, formatın dəyişdirilməsi vaxt itkisinə səbəb ola bilər. Hazırkı format hələlik davam etməlidir”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib. O bildirib ki, münaqişənin tənzimlənməsində beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanmaq vacibdir: “Vasitəçilər öz yerində, ancaq əsas məsələ Ermənistandan asılı olacaq. Ermənistan nəhayət, o fikrə gələcəkmi ki, münaqişənin davam etməsinin bu ölkə üçün perspektivi yoxdur?!”

Z. Əsgərov hələlik sülh danışıqlarının davam etdirildiyini, bu vasitə səmərə verməsə, Azərbaycanın BMT Nizamnaməsinin imkan verdiyi istənilən yolla öz torpaqlarını geri alacağını istisna etməyib.

Ermənistan parlamentinin spikerinin istefaya göndərilməsinə də toxunan Z. Əsgərovun sözlərinə görə, bu ölkə nə qədər ki, ədalətsiz siyasət aparacaq, daxili gərginlik də davam edəcək: “Onlar ağıllarını başlarına yığmalı və qonşuları ilə dil tapmalıdırlar. Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarını azad etməlidirlər ki, normal yaşaya bilsinlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR