Bank Of Baku

Andres Herkel prezidentliyə namizədlərlə görüşüb

Andres Herkel prezidentliyə namizədlərlə görüşüb
# 17 sentyabr 2008 11:36 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Oktyabrın 15-də keçiriləcək prezident seçkilərini izləmək üçün Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının seçkiləri qiymətləndirmə missiyasının rəhbəri Andres Herkel prezidentliyə namizədlərlə ayrı-ayrılıqda görüş keçirib. Bu barədə APA-ya prezidentliyə namizəd Qulamhüseyn Əlibəyli məlumat verib. Görüşdə namizədlərin seçkiqabağı vəziyyətlə bağlı fikirləri, seçki şəraiti, geridə qalan mərhələnin qiymətləndirilməsi və digər məsələlərlə bağlı müzakirələr aparılıb. A. Herkel ayrı-ayrılıqda prezidentliyə namizədlər – BAXCP sədri Qüdrət Həsənquliyev, Ümid Partiyasının sədri İqbal Ağazadə, BQP başqanı Fazil Qəzənfəroğlu, ALDP sədri Fuad Əliyev, MMP sədri Hafiz Hacıyevlə də görüşüb və eyni məsələlər ətrafında fikir mübadiləsi aparıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR