Bank Of Baku

DAK həmsədrləri İran dövlətinin azərbaycanlılarla bağlı siyasətini pisləyən bəyanat yayıblar

DAK həmsədrləri İran dövlətinin azərbaycanlılarla bağlı siyasətini pisləyən bəyanat yayıblar
# 17 sentyabr 2008 13:22 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədrləri Sabir Rüstəmxanlı və Firidun Pərvizniya İrandakı azərbaycanlıların hüquqları və həbslərlə bağlı birgə bəyanatla çıxış ediblər. DAK mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda İran dövlətinin azərbaycanlılarla bağlı siyasəti tənqid edilib və həbs olunan azərbaycanlı hüquq müdafiəçilərinin azad olunması tələb olunub: “Özünü islam respublikası elan edən İran ölkədə şovinist mahiyyətli hərəkəti ilə insan hüquq və azadlıqlarına qarşı dözümsüzlük nümayiş etdirir. Ramazan ayında iftar mərasiminə hücum edən İran xüsusi xidmət orqanlarının əməkdaşları vəhşilik nümayiş etdiriblər. Tehranda Ovçu Qoşaçaylının (Səyyad Məhəmmədian) evinə toplaşan Güney Azərbaycan mili hərəkatının 20-yə yaxın tanınmış nümayəndəsi - Əlirza Sərrafi, Həsən Rəşidi, Əkbər Azad, jurnalist Səid Muğanlı, hüquq müdafiəçisi Həsən Rəhimi, Hüseyn Heydəri, Abbas Nəimi, Mehdi Nəimi, Məhəmməd Abbaspur, Şahbaz İbrahimzadə, Yusif Huşyar, Səyyad Məhəmmədian, xanım Əkrəm Nəccari Givi, xanım Rübab Əzimi Gərgəri, Fərhad Rzayi və hazırda həbsdə olan Abbas Lisaninin həyat yoldaşı Ruqəyya Əlizadə və övladları Atilla, Oqtay və Sevda Lisanilər həbs edilərək naməlum istiqamətə aparılıb”. Bəyanatda azərbaycanlı tələbələrə qarşı artan təzyiqlər də pislənilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR