Bank Of Baku

YAP MSK-ya müraciət edərək prezidentliyə namizəd İqbal Ağazadənin Seçki Məcəlləsinin müddəalarını pozduğunu bildirib

YAP MSK-ya müraciət edərək prezidentliyə namizəd İqbal Ağazadənin Seçki Məcəlləsinin müddəalarını pozduğunu bildirib
# 17 sentyabr 2008 16:21 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi Əli Əhmədov Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edərək Ümid Partiyasının sədri, prezidentliyə namizəd İqbal Ağazadənin Seçki Məcəlləsinin müddəalarını pozduğunu bildirib. YAP icra katibinin müavini Mübariz Qurbanlı APA-ya açıqlamasında İ. Ağazadənin sentyabrın 10-dan başlayaraq Azərbaycanın bir sıra bölgələrində təşviqat xarakterli CD-lər yaydığını deyib: “Bu, qanun pozuntusudur. Ona görə də Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Komissiyasına müraciət edərək məsələnin araşdırılmasını və qiymətləndirilməsini istəyib”. M. Qurbanlının sözlərinə görə, İ. Ağazadənin namizədliyinin ləğvi ilə bağlı MSK-ya müraciət edilməyib: “Namizədliyin ləğvi üçün ciddi əsaslar lazımdır”.

İqbal Ağazadə isə məsələnin siyasi xarakterli olmadığını söyləyib: “Geniş şərhimi MSK-nın qərarından sonra verəcəyəm. Hər hansı ciddi problem yaransa, partiyanın səlahiyyətli qurumlarının qərarına əsasən addım atılacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR