Bank Of Baku

Azərbaycan prezidenti İlham Əliyev müqəddəs Ramazan bayramı münasibətilə müsəlman ölkələrinin Bakıdakı səfirlərini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev müqəddəs Ramazan bayramı münasibətilə müsəlman ölkələrinin Bakıdakı səfirlərini qəbul edib
# 17 sentyabr 2008 16:34 (UTC +04:00)
Bakı-APA. Prezident İlham Əliyev sentyabrın 17-də qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə müsəlman ölkələrinin Bakıdakı səfirlərini qəbul edib. Bu barədə APA-ya Prezidentin mətbuat xidmətindən məlumat verilib. Diplomatları müqəddəs Ramazan bayramı münasibətilə təbrik edən dövlət başçısı təmsil etdikləri ölkələrin dövlət və hökumət başçılarına da bu münasibətlə onun xoş arzularını çatdırmağı xahiş edib. Prezident İlham Əliyev Azərbaycan xalqının bu müqəddəs bayramı həmişə qeyd etdiyini, ölkə müstəqilliyini bərpa etdikdən sonra isə onun rəsmi şəkildə qeyd olunmağa başladığını bildirib. Müstəqil Azərbaycanın bütün dövlətlərlə, o cümlədən müsəlman ölkələri ilə də diplomatik münasibətlər qurduğunu, bu münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan Prezident İlham Əliyev beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı yüksək qiymətləndirib. İslam Konfransı Təşkilatı çərçivəsində uğurlu əməkdaşlıqdan bəhs edən dövlət başçısı İslam həmrəyliyinin daha da güclənməsinin vacibliyini söyləyib.

Azərbaycanın uğurlu inkişafından söhbət açan Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxundu. O bildirib ki, Azərbaycan uzun illərdir bu məsələnin danışıqlar yolu ilə həllinə çalışsa da, hələlik heç bir nəticə yoxdur: “Bu problem Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli, işğal olunmuş torpaqlar azad edilməlidir”.

İraqın Azərbaycandakı səfiri Ərşad Ömər İsmayıl Azərbaycan prezidentini səfirlər adından qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib. O, Azərbaycanın bütün Qafqazın iqtisadi və mədəni mərkəzinə çevrilməsinin şahidi olduqlarını vurğulayaraq deyib ki, ölkədə güclü iqtisadi inkişafa gətirib çıxaran uğurlu siyasət aparılır. Azərbaycanda hökm sürən sabitlik və təhlükəsizlik Qafqaz regionunda onun əhəmiyyətini artırır: “Azərbaycan bu gün müxtəlif dinləri təmsil edən insanların rahat yaşadığı tolerant ölkədir. Müsəlman dövlətləri hər zaman hər yerdə Azərbaycanı dəstəkləyir. Bütün müsəlman ölkələri Dağlıq Qarabağ məsələsinin Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdardır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR