Bank Of Baku

Avropa İnsan Haqları Məhkəməsi Sərdar Cəlaloğlunun müraciətini araşdırmağa başlayıb

Avropa İnsan Haqları Məhkəməsi Sərdar Cəlaloğlunun müraciətini araşdırmağa başlayıb
# 18 sentyabr 2008 11:26 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Avropa İnsan Haqları Məhkəməsi Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun 2005-ci ildə keçirilən parlament seçkiləri ilə bağlı müraciətini araşdırmağa başlayıb. ADP-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bir neçə gün əvvəl məhkəmə müraciətlə əlaqədar Azərbaycan hökumətinə sorğu göndərib.

Qeyd edək ki, S. Cəlaloğlu parlament seçkilərində “Azadlıq” blokunun 9 saylı Binəqədi ikinci seçki dairəsindən namizədi olub və səsvermədə qalib gəldiyini bildirib. O, qələbəsinin Dairə Seçki Komissiyasının yekun protokolunda, həmçinin “exit-poll”da öz əksini tapdığını deyib. Partiya sədri MSK-nın onun hüquqlarını pozduğunu və qələbəsini tanımadığını iddia edərək Strasburqdakı məhkəməyə üz tutub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR