Bank Of Baku

Azərbaycan prezidenti əsaslı təmir olunmuş Bakı Musiqi Akademiyasının binasının açılışında iştirak edib

Azərbaycan prezidenti əsaslı təmir olunmuş Bakı Musiqi Akademiyasının binasının açılışında iştirak edib
# 18 sentyabr 2008 12:43 (UTC +04:00)
Bakı – APA. Sentyabrın 18-də Bakı Musiqi Akademiyasının binasının əsaslı təmir-bərpa işlərindən sonra açılışı olub. Açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, dövlət başçısı və xanımı əvvəlcə dahi bəstəkar Üzeyir Hacıbəyovun akademiyanın binası qarşısındakı abidəsi önünə gül dəstələri qoyublar. Ardınca Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin və Dövlət Xor Kapellasının ifasında “Koroğlu” operasından parçalar ifa olunub.

Sonra prezident İ. Əliyev binada aparılmış əsaslı təmir-bərpa işləri ilə tanış olub. Dövlət başçısı görülmüş işləri yüksək qiymətləndirib. Akademiyanın konsert salonunda davam etdirilən mərasimdə prezident İ. Əliyev çıxış edib. O, bütün başqa sahələrdəki kimi, mədəniyyət sahəsində də inkişafın olduğunu bildirib. Hazırda mədəniyyət müəssisələrinin, o cümlədən teatr və muzeylərin, habelə tarixi binaların bərpa olunduğunu xatırladan dövlət başçısı digər mədəniyyət ocaqlarının da Bakı Musiqi Akademiyası kimi yenidən qurulacağını diqqətə çatdırıb. Bakı Musiqi Akademiyasının həm mədəniyyət, həm də təhsil ocağı olduğunu vurğulayan prezident Azərbaycanda təhsil sahəsində həyata keçirilən islahatlar, görülən işlərdən də danışıb.

Akademiyanın rektoru professor Fərhad Bədəlbəyli rəhbərlik etdiyi təhsil ocağına göstərilən diqqət və qayğıya görə minnətdarlıq edib. Ölkəmizdə təhsil və mədəniyyət sahəsində görülən işlərə toxunan F. Bədəlbəyli bu istiqamətdə Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın xidmətlərini xüsusi vurğulayıb.

Sonda akademiyanın tələbələrinin, Bülbül adına Orta İxtisas Musiqi Məktəbi şagirdlərinin və italiyalı qonaq Cüzeppe Talemonun ifasında klassik Azərbaycan və dünya bəstəkarlarının əsərləri səslənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR