Bank Of Baku

Metyu Brayza: “Ümid edirik ki, iqtisadi inkişaf insan haqları sahəsində də vəziyyətin yaxşılaşmasına gətirib çıxaracaq”

Metyu Brayza: “Ümid edirik ki, iqtisadi inkişaf insan haqları sahəsində də vəziyyətin yaxşılaşmasına gətirib çıxaracaq”
# 18 sentyabr 2008 15:56 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva – APA. “Azərbaycan hökuməti 15 oktyabr seçkilərinin azad və ədalətli keçirilməsi ilə bağlı öhdəlik götürüb”. APA-nın məlumatına görə, bunu ABŞ dövlət katibinin müavininin köməkçisi Metyu Brayza Bakıda keçirdiyi mətbuat konfransında deyib. O, seçkilərə yalnız proses başa çatdıqdan sonra qiymət verilə biləcəyini söyləyib. Dünya Bankının iqtisadi inkişafına görə Azərbaycanı lider dövlətlərdən biri adlandırdığını xatırladaraq ümid etdiyini bildirib ki, iqtisadi inkişaf insan haqları sahəsində vəziyyətin yaxşılaşmasına gətirib çıxaracaq. Bakıda prezident İlham Əliyev, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, sənaye və energetika naziri Natiq Əliyev, müdafiə naziri Səfər Əbiyev və digər rəsmi şəxslərlə görüşdüyünü vurğulayan qonağın sözlərinə görə, görüşlərdə qarşıdan gələn seçkilər, enerji və bölgədə yaranmış vəziyyətlə bağlı müzakirə aparılıb: “Bizim fəaliyyət planımız var və əməkdaşlığımızı davam etdirəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR