Bank Of Baku

Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə Azərbaycan Ordusunun mövqelərini atəşə tutub

Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
# 19 sentyabr 2008 07:07 (UTC +04:00)
Bakı - APA. Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə atəşkəsi pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, düşmən bölmələri sentyabrın 18-də saat 21.00-dan 21.15-dək Ermənistan Respublikası Berd rayonu Çinarlı kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Koxa Nəbi kəndi ərazisində yerləşən mövqelərini, saat 18.40-dan 19.25-dək Tərtər rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 22.40-dan 22.50-dək və sentyabrın 19-da saat 04.10-dan 04.35-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Horadiz kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 01.50-dən 02.10-dək isə Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR