Bank Of Baku

Azərbaycan prezidenti Balakəndə bir neçə sosial obyektin açılışında iştirak edib

Azərbaycan prezidenti Balakəndə bir neçə sosial obyektin açılışında iştirak edib
# 19 sentyabr 2008 10:12 (UTC +04:00)
Balakən. Vüqar Heydərov - APA. Azərbaycan prezidenti İlham Əliyevin Balakən rayonuna səfəri başa çatıb. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, ölkə başçısı Balakən rayon mərkəzində Heydər Əliyevin abidəsini ziyarət edib, parka baxış keçirib, burada yeni su xəttinin açılışında iştirak edib. Prezident parkda rayon ağsaqqalları ilə görüşüb.

Dövlət başçısı Balakəndə Heydər Əliyev Muzeyinin, Konserv Zavodunda yeni tikilən sexlərin, Mərkəzi Kitabxananın açılışına da qatılıb. O, həmçinin, Balakəndəki Yem Fabrikində olub, tikilməkdə olan İdman Kompleksinə baxış keçirib.

Prezident İ. Əliyev Balakəndən Zaqatalaya yola düşüb. Dövlət başçısının Zaqataladan sonra Qax, Şəki, Oğuz və Qəbələ rayonlarına da gedəcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR