Bank Of Baku

Nizami Quliyev: “İstefa ərizəmi bu gün AXCP rəhbərliyinə təqdim etdim, Qulamhüseyn Əlibəylinin təsis edəcəyi partiyada olacağam”

Nizami Quliyev: “İstefa ərizəmi bu gün AXCP rəhbərliyinə təqdim etdim, Qulamhüseyn Əlibəylinin təsis edəcəyi partiyada olacağam”
# 19 sentyabr 2008 15:43 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü, keçmiş millət vəkili Nizami Quliyev partiya sıralarından istefa verib. N. Quliyev APA-ya bildirib ki, bu gün istefa ərizəsini AXCP rəhbərliyinə təqdim edib. İstefasının səbəblərinə toxunan N. Quliyev bunun partiyada taktiki gedişlərlə bağlı yaranmış fikir ayrılıqları ilə izah edib: “Taktiki gedişlər də daha çox seçkiyə münasibətdə fərqlidir. Mən elə bilirəm ki, partiyanın prioritet vəzifəsi seçkilərdə iştirak və bu yolla hakimiyyətə gəlməkdir. Əgər hər hansı bir partiya seçkidə iştirakdan imtina edirsə, onun proqramdan kənar əlavə resursları olmalıdır. Yəni xalqı inqilaba, üsyana hazırlamalıdır. Bu olmadığına və partiya seçkidə iştirak etmədiyinə görə, digər tərəfdən seçkiləri aktiv yox, passiv boykot etdiyinə görə qərara gəldim ki, bu partiyada siyasi fəaliyyəti davam etdirmək mənim xarakterimə uyğun gəlmir”.

N. Quliyev bir qədər əvvəl AXCP-dən istefa vermiş Qulamhüseyn Əlibəylinin təklifi ilə ona qoşulmaq qərarı verdiyini qeyd edib: “Qulamhüseyn bəyin təklifi ilə dərhal razılaşdım. Yəqin o özü də gələcəkdə bu məsələləri açıqlayacaq. Qulamhüseyn bəy seçkilərdə iştirak edir, mən də həmişə seçkidə iştirakın tərəfdarı olmuşam”.

Partiyadan digər şəxslərin də istefaya hazırlaşıb-hazırlaşmamasına gəldikdə, N. Quliyev bu barədə hər hansı fikir bildirmək istəməyib: “Nə Qulamhüseyn bəy, nə də mən o əxlaqın sahibi deyilik ki, partiyadan kimlərisə uzaqlaşdırmağa çalışaq. Bu mövqedən asılı olan məsələdir. Bizim əqidəmiz dəyişməyib, eynidir. Biz uzun illərdir, bu əqidədəyik. Sadəcə, taktiki gedişlərlə razılaşmadığımız üçün bu addımı atmışıq. Biz heç kimə heç nə təklif etməmişik”.

N. Quliyev Q. Əlibəylinin təsis edəcəyi partiyada təmsil olunacağını da qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR