Bank Of Baku

AMİP daxili işlər naziri Ramil Usubova müraciət edib

AMİP daxili işlər naziri Ramil Usubova müraciət edib
# 19 sentyabr 2008 15:45 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) daxili işlər naziri Ramil Usubova müraciət edib. AMİP-in mətbuat katibi Əli Orucovun APA-ya verdiyi məlumata görə, müraciətə səbəb avqustun 24-də partiyanın İmişli rayon təşkilatında baş verən oğurluq hadisəsi olub. Müraciətdə rayon polis şöbəsində aparılan istintaqdan narazılıq bildirilib və bu hadisəyə hüquqi qiymətin verilməsi istənilib. Qeyd edək ki, bu il avqustun 24-də gecə AMİP-in İmişli rayon təşkilatında oğurluq hadisəsi baş verib və nəticədə partiyaya məxsus avadanlıqlar oğurlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR