Prezident İlham Əliyev: “Gələcək illər üçün düşünülmüş proqramlarımız, konkret addımlarımız olacaq”
Ölkədə nəqliyyat sektorunun inkişafı üçün işlər görüldüyünü deyən ölkə başçısı Xəzər Dəniz Gəmiçiliyinin inkişafı üçün yeni tankerlər alındığını, dəmir yollarının bərpa olunduğunu, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə başlanıldığını xatırladıb. Azərbaycanın dəmir yolu vasitəsilə Avropa ilə birləşəcəyini söyləyən prezident BTQ-nin Asiyanı da Azərbaycan vasitəsilə Avropa ilə birləşdirəcəyini və bununla da ölkənin nəqliyyat imkanlarının daha da artacağını deyib: “Azərbaycan coğrafi yerləşməsinə görə Avropa ilə Asiya arasında təbii körpü rolunu oynayır. Biz bu təbii körpünü infrastruktur layihələri ilə zənginləşdiririk. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi və istismara verilməsi, həm böyük iqtisadi maraqları təmin edəcək, həm də bizim siyasi maraqlarımız tam şəkildə təmin olunacaq”.
Bakıdan Zaqatala və Balakənə qədər yeni avtomobil yolunun tikintisi layihəsi olduğunu bildirən İlham Əliyev yolun bəzi hissələrinin tikilməyə başladığını da vurğulayıb.
Bu gün Bakı ilə yanaşı, Naxçıvan, Gəncə, Zaqatalada da aeroportların fəaliyyət göstərdiyini deyən dövlət başçısı bu yaxınlarda Lənkəran aeroportunun da fəaliyyətə başlayacağını bildirib.
Azərbaycanda bütün bölgələrdə sürətli inkişaf getdiyini deyən prezident son beş ildə 700 mindən çox yeni iş yeri açıldığını, qeyri-neft sektorunun inkişaf etdiyini, ölkənin yerli istehsalla əsas kənd təsərrüfatı məhsulları ilə maksimum dərəcədə təmin edildiyini, enerji təminatı olduğunu vurğulayıb: “Gələcək illər üçün düşünülmüş proqramlarımız var, konkret addımlarımız olacaq. Son 5 ildə iqtisadiyyat 2,7 dəfə artıb. Bu, dünyada analoqu olmayan bir göstəricidir. Azərbaycanda olan inkişaf başqa heç bir ölkədə yoxdur. Son dörd ildə iqtisadi inkişaf baxımından Azərbaycan dünya miqyasında birinci ölkədir. Bir il deyil, iki il deyil, dörd il ərzində! Bu inkişafın dayanıqlı olması artıq faktdır. Bu inkişaf uzunmüddətli olacaq. Bu gün bizim başladığımız layihələr bir neçə ildən sonra öz bəhrəsini verəcək.
Mən şübhə etmirəm ki, bütün görülən tədbirlər və gələcəkdə atılacaq addımlar nəticəsində Azərbaycan zəngin, qüdrətli, müasir dövlətə çevriləcək”.
”Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə başlamış və davam etdirilən neft strategiyası uzun illərdir ki, öz bəhrəsini verir. Azərbaycan heç kimdən asılı deyil, artan iqtisadi imkanlarımız bizə kifayətdir. Biz öz gələcək inkişaf strategiyamızı daxili resurslara əsaslanaraq icra edirik. Arxayınıq ki, daxili resurslarımız və aparılan iqtisadi islahatlar bizi öz məqsədimizə çatdıracaq. Bu islahatlar davamlı olacaq”-deyən dövlət başçısı islahatların aparılması istiqamətində atılmış addımların dünyanın ən böyük beynəlxalq maliyyə qurumları tərəfindən dəstəkləndiyini və qiymətləndirildiyini də qeyd edib.
Dünya Bankının bu yaxınlarda Azərbaycanı dünya miqyasında ən birinci islahatçı ölkə kimi tanıyıb, bəyan etməsini xatırladan prezident “bütün bunları biz öz zəhmətimiz hesabına, Azərbaycanda aparılan cəsarətli islahatlar nəticəsində əldə edirik. Həm insanların həyat səviyyəsinin yaxşılaşması, həm iqtisadiyyatın şaxələndirilməsi, bütün bölgələrdə quruculuq-abadlıq işlərinin daha da sürətlə getməsi üçün əlavə tədbirlər görüləcək. Nəticə etibarilə Azərbaycan xalqının daha da yaxşı yaşaması, dövlətin daha da möhkəmlənməsi məsələləri öz həllini tapır və tapacaq”-deyə, vurğulayıb.
Daxili siyasət
Əhalinin siyahıyaalınması sahəsində görüləcək hazırlıq işləri açıqlanıb
Prezident İlham Əliyevin Şuşa mesajlarının təhlili mövzusunda ekspert müzakirəsi keçirilib
Ziyafət Əsgərov: Prezidentin Şuşa Forumunda "Biz yalnız özümüzə güvənə bilərik" çağırışı dövlətçilik strategiyasının əsas prinsipidir
Milli Məclisin növbədənkənar sessiyası başa çatıb
Xəbər Lenti
Moskvada Azərbaycan və Rusiya XİN rəhbərlərinin danışıqları başlayıb
Naxçıvanda sabiq bələdiyyə sədri ilə bağlı cinayət işi başlanıb
Uqandada avtobus aşıb, 20 məktəbli ölüb
Sabahın hava proqnozu açıqlanıb
Ötən ay ADY ilə qida sənayesi məhsullarının tranzit daşımaları 2 dəfə artıb
Nazirlər Kabinetində əhalinin siyahıyaalınmasına dair iclas keçirilib - YENİLƏNİB
İsrail parlamenti özünü buraxıb, növbədənkənar seçkilər oktyabrın 27-də keçiriləcək
“Koroğlu” NMM-i Sea Breeze-lə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayır
Zelenski: Rusiya ötən gecə 130-dan çox zərbə dronu ilə Ukraynaya hücum edib
Şuşada Vaqif Poeziya Günləri çərçivəsində “Sözün Xaqanı – Xəlqaniyəm, Xəlqani” adlı konfrans keçirilib
“Mediada Azərbaycan dili” təlimləri yekunlaşıb, sertifikatlar təqdim olunub
Rusiya Odessaya raket zərbəsi endirib: 2 nəfər ölüb, 10 yaralı var
Heydər Əliyev Mərkəzi Slovakiya bayrağının rəngləri ilə işıqlandırılıb - FOTO
Şuşada Aşıq Ələsgərə həsr olunmuş tədbir keçirilib
ABŞ-ın ötən gün İrana zərbəsi nəticəsində 8 nəfər ölüb, 20 nəfər yaralanıb - VİDEO - YENİLƏNİB
Azərbaycandan Gürcüstana pul köçürmələri artıb
Azərbaycanın bu il ixrac etdiyi neftin həcmi açıqlanıb
Azərbaycan Prezidenti İrlandiyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Abşeronda kuryerə qarşı soyğunçuluq edən şəxs saxlanılıb
Vüsalə Qurbanova: "IT SkillSprint" layihəsinin məşğulluq göstəricisi 29%-dir
Azərbaycanda gündəlik neft hasilatının həcmi açıqlanıb
Prezident İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul edib
Vüqar Süleymanov: Əsas məqsədlərimizdən biri mina problemini beynəlxalq ictimaiyyətə çatdırmaqdır
Prezident Kambocanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Azərbaycan bu il Avropaya 6 mlrd. kubmetrə yaxın qaz ixrac edib
ANAMA: Ermənistanın yeni mina formulyarlarını təqdim etməsinə dair hər hansı yenilik yoxdur
Prezident İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Çin Azərbaycana qapalı yerlərdəki minaları aşkarlayan cihazlar verib
Azərbaycanda bu il 3 mln. tona yaxın neft emal edilib
İran Səhiyyə Nazirliyi: ABŞ-ın son həftədə hücumlarında 38 nəfər ölüb, 400-dən çox yaralı var
ANAMA süni intellektin minatəmizləmədə tətbiqi ilə bağlı araşdırma aparır
AÇG və “Şahdəniz”dən indiyədək hasil edilən neft və qazın həcmi açqlanıb
Əhalinin siyahıyaalınmasına yardım üzrə Mərkəzi Komissiya yaradılacaq
Əhalinin siyahıyaalınması sahəsində görüləcək hazırlıq işləri açıqlanıb
Baş nazir: İlk dəfə siyahıyaalınma Azərbaycanın bütün suveren ərazisini tam şəkildə əhatə edəcək
"IT SkillSprint" əmək bazarının tələblərinə uyğun proqramdır
Qazaxın azad edilmiş 4 kəndində aşkarlanan minaların sayı açıqlanıb
Vüqar Süleymanov: ANAMA kollektivi Azərbaycan vətəndaşlarından ibarətdir
Oman sahillərində tankerə hücum edilib
Azərbaycanın milli bəyanatı BMT Baş Assambleyasının yüksəksəviyyəli iclasında təqdim edilib
Azad edilmiş ərazilərdə indiyədək 287 385 ha minadan təmizlənib
“Euromoney” ABB-ni yenidən “İlin ən yaxşı bankı” seçib
Azərbaycan-Litva ikitərəfi əlaqələri müzakirə edilib
Orta güc - ŞƏRH
Nazir müavini: Azərbaycanda ən yaxşı ali təhsil imkanları artıq ölkədən çıxmadan əlçatandır
Gəncə və Samuxda yas mərasimlərində 48 nəfər zəhərlənib
Nazir müavini: Azərbaycanda insan kapitalının formalaşdırılması dövlət siyasətinin əsas prioritetlərindən biridir
Ziraat Bank Azərbaycan 2026-cı ilin ikinci rübündə də dayanıqlı artım tempini qoruyub
SEPAH ABŞ-ın Omandakı radar sistemlərinə zərbələr endirib
Agentlik: Arıqlama məhsullarında təhlükəli maddələr aşkar edilib