Bank Of Baku

Azərbaycan prezidenti Qəbələdə bir neçə obyektin açılışında iştirak edib

Azərbaycan prezidenti Qəbələdə bir neçə obyektin açılışında iştirak edib
# 20 sentyabr 2008 16:12 (UTC +04:00)
Ölkə başçısı Qəbələ Müalicə-Diaqnostika Mərkəzinin açılışında iştirak edib. Daha sonra Qəbələdə süd emalı zavodunun açılışında iştirak edən prezident müəssisə ilə də tanış olub.

“Gilan Holdinq” şirkətlər qrupuna daxil olan zavodda Türkiyə və Almaniyadan gətirilmiş avadanlıqlar quraşdırılıb, 35 nəfər işlə təmin olunub.

Daha sonra prezident Qəbələdəki müəssisələrin istehsal etdiyi yeni məhsulların sərgisinə baxıb. Əvvəlcə “Gilan Holdinq” şirkətlər qrupuna daxil olan Qəbələ lift zavodunun məhsulunun nümunələri ilə tanış olan ölkə başçısı şirə və şərab məhsullarına da baxıb.

İlham Əliyev Qəbələ Olimpiya-İdman Kompleksində tikinti işlərinin gedişi ilə də tanış olub.

Daha sonra prezident Qəbələnin Yengicə kəndində yerləşən “İstisu” sağlamlıq və istirahət kompleksi və “Qafqaz” turizm-istirahət kompleksi ilə tanış olub.

Bununla da dövlət başçısının ölkənin Şəki-Zaqatala bölgəsinə səfəri başa çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR