Bank Of Baku

DAK Əlyar Səfərlinin fəaliyyətini araşdıracaq

DAK Əlyar Səfərlinin fəaliyyətini araşdıracaq
# 22 sentyabr 2008 12:32 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Dünya Azərbaycanlıları Konqresinin fəaliyyəti və rəhbərliyi ilə bağlı mətbuatda dediyi fikirlərə görə qurumun Məşvərət Məclisinin sədri Əlyar Səfərli barəsində tədbir görülə bilər”. Bunu APA-ya açıqlamasında DAK Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) sədri Aqil Ələsgər deyib. O bildirib ki, Ə. Səfərli “Reytinq” qəzetinin sonuncu sayına verdiyi müsahibəsində DAK-ın rəhbərliyi haqqında qeyri-etik ifadələr işlədib, o cümlədən konqresin Azərbaycan nümayəndəliyinin sədri İsmayıl Ağayevin vəzifədən kənarlaşdırıldığı barədə yalan informasiya yayıb. Bu səbəbdən də MNTK Ə. Səfərlinin fəaliyyətini araşdırmaq barədə qərar qəbul edib.

Ə. Səfərli isə fikirlərinin təhrif olunduğunu söyləyib: “Etirazımı qəzet rəhbərliyinə çatdırmışam və bunu provokasiya hesab edirəm”. Ə. Səfərli A. Ələsgərin onun fəaliyyətinə və fikirlərinə münasibət bildirmək səlahiyyətində olmadığını da vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR