Bank Of Baku

Azərbaycan prezidenti İlham Əliyev Gəncə şəhərinin sosial-mədəni inkişafında xidmətləri olan şəxslərə fəxri adlarla təltif edib

Azərbaycan prezidenti İlham Əliyev Gəncə şəhərinin sosial-mədəni inkişafında xidmətləri olan şəxslərə fəxri adlarla təltif edib
# 22 sentyabr 2008 16:22 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Gəncə şəhərinin sosial-mədəni inkişafında xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Bu barədə APA-ya Prezidentin mətbuat xidmətindən məlumat verilib. Sərəncama əsasən, Vaqif Novruzov “Azərbaycan Respublikasının əməkdar elm xadimi”, Mahal Əliyev, Tamara Qasımova, Ramiz Məmmədov və Famil Şərifov “Azərbaycan Respublikasının əməkdar müəllimi”, Könül Ələkbərov və Anubat Nəzərli “Azərbaycan Respublikasının əməkdar həkimi”, Tural Abdullayev və Zərinə Abdullayeva “Azərbaycan Respublikasının əməkdar artisti”, Nazim Babayev və Rövşən Süleymanov “Azərbaycan Respublikasının əməkdar rəssamı” fəxri adına layiq görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR