Bank Of Baku

Ermənistan Silahlı Qüvvələri Azərbaycanın mövqelərini atəşə tutub

Ermənistan Silahlı Qüvvələri Azərbaycanın mövqelərini atəşə tutub
# 23 sentyabr 2008 07:23 (UTC +04:00)
Bakı-APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 22-də saat 11.50-dən 12.00-dək və 15.30-dan 15.40-dək Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 19.30-dan 19.35-dək, 20.30-dan 20.40-dək və 21.10-dan 21.15-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 21.15-dən 21.20-dək və sentyabrın 23-də saat 05.30-dan 05.45-dək Ağdam rayonunun Mərzili və Şıxlar kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 06.30-dan 06.40-dək Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR