Bank Of Baku

Azərbaycan hərbçiləri Türkiyə, Çin, Polşa, Bolqarıstanda keçiriləcək tədbirlərə qatılacaqlar

Azərbaycan hərbçiləri Türkiyə, Çin, Polşa, Bolqarıstanda keçiriləcək tədbirlərə qatılacaqlar
# 23 sentyabr 2008 07:39 (UTC +04:00)
Bakı-APA. Azərbaycanla Türkiyə arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq sentyabrın 23-25-də Ankara şəhərində Türkiyə Respublikasının REM Komandanlığını ziyarət keçiriləcək. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, Azərbaycanla Çin arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq bu gündən başlayaraq Nankin şəhərində «Qərargah zabitlərinin hazırlıq kursu» təşkil olunacaq. Azərbaycanla ABŞ arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Bakı şəhərində Regional Response - 2009 təliminin növbəti planlaşdırma konfransı 29 sentyabr- 3 oktyabr tarixlərində keçiriləcək. Azərbaycanla Polşa arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Varşava, Torun şəhərlərində Polşa Respublikasının Qərargah Komandanlıq və Təlim mərkəzləri ilə tanışlıq səfəri olacaq. Səfər 29 sentyabr-4 oktyabr tarixlərində gerçəkləşəcək. 29 sentyabr-10 noyabr tarixlərində isə Azərbaycanla Bolqarıstan arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Sofiya şəhərində Çoxmillətli Əməliyyatlarda mülki-hərbi əməkdaşlıq mövzusunda kurs keçiriləcək. Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR