Bank Of Baku

ADP İmişli rayon təşkilatının sədri haqqında cinayət işi başlanıb

ADP İmişli rayon təşkilatının sədri haqqında cinayət işi başlanıb
# 23 sentyabr 2008 09:42 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Demokrat Partiyasının (ADP) İmişli rayon təşkilatının sədri Məhbub Zülfüqarov haqqında rayon məhkəməsində Cinayət Məcəlləsinin 147,2 maddəsi ilə cinayət işi başlanıb. Bu barədə APA-ya partiyanın mətbuat xidmətindən məlumat daxil olub. Rayon bazarının müdiri Əziz Quliyev təşkilat sədrinə qarşı qaldırdığı iddiada şərəf və ləyaqətinin tapdandığını bildirib və 50 min manat maddi təzminat tələb edib. Ə. Quliyev əsas kimi M. Zülfüqarovun “Hürriyyət” qəzetində dərc edilmiş məqaləsini götürüb. Partiya fəalı ilə bağlı iddiaya sentyabrın 24-də baxılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR