Bank Of Baku

AMİP İsveç Moderat Partiyası və Jarl Harmson Fondu ilə birgə Şəkidə regional konfrans keçirib

AMİP İsveç Moderat Partiyası və Jarl Harmson Fondu ilə birgə Şəkidə regional konfrans keçirib
# 23 sentyabr 2008 10:49 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) İsveçin hakim Moderat Partiyası və Jarl Harmson Fondu ilə birgə Şəkidə “Dialoqa hazırlıq, danışıq aparmaq bacarıqları, seçkilərdə alyanslar və yerli siyasət” mövzusunda regional konfrans keçirib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə mövzu ilə bağlı Azərbaycan və İsveç təcrübəsi ətrafında fikir mübadiləsi aparılıb və təcrübə mübadiləsi olub. Tədbirdə Fondun layihə meneceri Katarina Valberq, İsveçin Solma bələdiyyəsinin üzvü Henrik Kelfle, Estoniyanın keçmiş baş nazirinin siyasi müşaviri Veyko Lukman, həmçinin, AMİP Mərkəzi Aparatının əməkdaşları, bölgədə yaşayan partiya üzvləri iştirak ediblər. Mövzu ilə bağlı növbəti konfrans Lənkəranda keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR