Bank Of Baku

Qulamhüseyn Əlibəylinin yaratdığı Azərbaycan Aydınlar Partiyasının təşəbbüs qrupunun ilk iclası keçirilib

Qulamhüseyn Əlibəylinin yaratdığı Azərbaycan Aydınlar Partiyasının təşəbbüs qrupunun ilk iclası keçirilib
# 23 sentyabr 2008 11:02 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ali Məclisinin keçmiş sədri Qulamhüseyn Əlibəyli yeni partiya yaratmaqla bağlı bu gün təşəbbüs qrupunun ilk iclasını keçirib. Q. Əlibəylinin APA-ya verdiyi məlumata görə, ilk iclasda partiyanın Aydınlar Partiyası adlandırılması qərara alınıb. Toplantıda partiyanın təsis qurultayının keçirilməsi üçün təşkilat komitəsi yaradılıb. Komitəyə Qulamhüseyn Əlibəyli, Qorxmaz İbrahimli, Nizami Quliyev, Qadir İbrahimli və Xanoğlan Əhmədov daxil edilib. Q. Əlibəyli təşkilat komitəsinin sədri seçilib. Təşkilat Komitəsinə Aydınlar Partiyasının nizamnamə və məramnaməsini hazırlamaq, partiyanın mərkəzi və yerli strukturlarını yaratmaq və təsis qurultayını keçirmək həvalə edilib. Təşkilat Komitəsi bəyan edib ki, Aydınlar Partiyası sağ mərkəzçi mövqedə dayanacaq və sıralarında ölkə ziyalılarını, gəncləri və iş adamlarını birləşdirməyə çalışacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR