Bank Of Baku

Quba və Qusarda aşağı seçki komissiyalarının üzvləri üçün seminar-treninqlər keçirilib

Quba və Qusarda aşağı seçki komissiyalarının üzvləri üçün seminar-treninqlər keçirilib
# 23 sentyabr 2008 12:36 (UTC +04:00)
Bakı – APA. Bu gün MSK-nın təşkilat şöbəsi Quba və Qusar rayonlarında aşağı seçki komissiyalarının üzvləri üçün seçki hüququ və komissiya üzvlərinin vəzifələrinə dair seminar-treninqlər keçirib. MSK təşkilat şöbəsinin baş məsləhətçisi İlham Yusifovun APA-ya verdiyi məlumata görə, Azərbaycanın bütün bölgələri üçün nəzərdə tutulan bu seminarların əsas məqsədi məntəqə seçki komissiyalarında çalışanların seçki qanunvericiliyi haqqında ətraflı məlumatlandırılması, eləcə də səsvermə günü məntəqə üzvlərinin üzərinə düşən əsas vəzifələrin açıqlanmasından ibarətdir. Seminar iştirakçıları Seçki Məcəlləsinin müddəaları və onların üzərinə düşən vəzifələr barəsində məlumatlandırıldıqdan sonra 45 dəqiqəlik filmə tamaşa ediblər. Filmdə səsvermə günü yarana biləcək problemlər və onların tez bir zamanda aradan qaldırılması qaydaları vizual şəkildə əks olunub. Seminar iştirakçılarına seçki prosesi ilə bağlı maarifləndirici ədəbiyyatlar və müxtəlif əyani vasitələr paylanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR