Bank Of Baku

Demokratiya Uğrunda İttifaq digər müxalifət partiyalarının mitinqlərinə qoşulmayacaq

Demokratiya Uğrunda İttifaq digər müxalifət partiyalarının mitinqlərinə qoşulmayacaq
# 23 sentyabr 2008 12:40 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. “Klassik Xalq Cəbhəsi Partiyası, o cümlədən Demokratiya Uğrunda İttifaq mitinq keçirməyi planlaşdıran digər müxalifət partiyalarının aksiyalarına qoşulmağı nəzərdə tutmur”. KXCP sədri Mirmahmud Mirəlioğlu APA-ya bildirib ki, DUİ seçki ərəfəsində keçirəcəyi kütləvi tədbirlərlə bağlı proqram hazırlayır: “Yəqin ki, bizim də mitinqlərlə bağlı planlarımız olacaq. Digər müxalifət partiyalarının aksiyalarına qatılmağımızla bağlı isə indidən bir şey demək olmaz. Birincisi, onlar müraciət etməyib, ikincisi də öz tədbirlərimiz olacaq”. Onun sözlərinə görə, mitinqdən öncə qurum bir sıra konfranslar keçirməyi planlaşdırıb: “İlkin olaraq Qarabağ münaqişəsi ilə bağlı yaranan vəziyyətdən narahatlığımızı bildirmək üçün Qarabağ Forumunun keçirilməsini istəyirik. Hesab edirik ki, seçki məsələsi bu problemin arxa plana keçməsinə səbəb olmamalıdır. Əgər mitinq keçirəcəyiksə, ilk növbədə Azərbaycanın ciddi problemləri qabardılacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR