Bank Of Baku

“Ruslar Azərbaycanın tarixində” kitabının təqdimatı keçirilib

“Ruslar Azərbaycanın tarixində” kitabının təqdimatı keçirilib
# 23 sentyabr 2008 15:53 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Bu gün Bakıda “Ruslar Azərbaycanın tarixində” kitabının təqdimatı keçirilib. APA-nın xəbərinə görə, kitab Azərbaycan Rus İcmasının yaradılmasının 15 iliyi ilə bağlı nəşr olunub. Kitabın müəllifləri Georgi Zapletin və Gülnarə Şirinzadədir. Təqdimat mərasimində çıxış edən Azərbaycan Rus İcmasının sədri, millət vəkili Mixail Zabelin bildirib ki, kitabda rusların Azərbaycan tarixindəki rolundan danışılsa da, kitab ümumiyyətlə, Azərbaycan xalqı haqqındadır. Azərbaycan Rus İcmasının Cənubi Qafqazda ən böyük rus icması olduğunu bildirən M. Zabelin bəyan edib ki, Azərbaycan onların vətənidir: “Biz Azərbaycanın gələcək inkişafı üçün əlimizdən gələni edəcəyik. Azərbaycanda millətindən, dinindən asılı olmayaraq bütün əhali üçün eyni şərait yaradılıb”.
Akademik Akif Əlizadə, Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev, professor Rafiq Zeynalov, Xəzəryanı və Bakı Yepiskopu Aleksandr Ata rusların Azərbaycanda əsrlər boyu yaşaması, ölkənin inkişafında, Azərbaycanın müstəqilliyi uğrunda aparılan mübarizədə rolları barədə danışıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR