Bank Of Baku

Ermənistan atəşkəs pozuntularını davam etdirir

Ermənistan atəşkəs pozuntularını davam etdirir
# 24 sentyabr 2008 07:11 (UTC +04:00)
Bakı – APA. Ermənistan tərəfi atəşkəs pozuntularını davam etdirir. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 23-də saat 23.10-dan 23.40-dək Berd rayonunun Çinarlı kəndi ərazisindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Koxa Nəbi kəndi ərazisində yerləşən mövqelərini, saat 19.10-dan 19.30-dək Göygöl rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən, saat 19.25-dən 19.35-dək Goranboy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən, saat 20.00-dan 20.10-dək və sentyabrın 24-də saat 00.05-dən 00.10-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR