Bakıda Dünya Gənclərinin 4-cü Məşğulluq Sammiti keçirilir - YENİLƏNİB
Daha sonra Prezident Aparatının humanitar məsələlər üzrə şöbəsinin müdiri Fatma Abdullazadə prezident İlham Əliyevin tədbir iştirakçılarına müraciətini oxuyub. Müraciətdə qeyd olunub ki, sammitə dünyanın müxtəlif ölkələrindən çoxlu sayda iştirakçının qatılması tədbirə marağın göstəricisidir. Daha sonra Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva tədbirdə çıxış edib. Azərbaycan iqtisadiyyatında son illərdə böyük irəliləyişlər olduğunu bildirən M. Əliyeva deyib ki, Azərbaycanın təşəbbüsü ilə regionda reallaşdırılan layihələr ölkənin inkişafına böyük imkanlar yaradır. M. Əliyeva sammit çərçivəsində gənclərin məşğulluq məsələlərinin müzakirə olunacağını deyib. O, ölkədə əhalinin sosial müdafiəsi sahəsində də böyük işlər görüldüyünü, yoxsulluq səviyyəsinin aşağı düşdüyünü vurğulayıb: “Bu gün Azərbaycanda əhalinin sosial müdafiəsi dövlətin diqqəti altındadır. Bu sahədə görülən işlər nəticəsində yoxsulluğun səviyyəsi 49%-dən 2007-ci ildə 17%-ə enib”.
Misir prezidentinin xanımı S. Mübarək isə çıxışında deyib ki, YES Sammiti hədəflərə çatmaq üçün əsas platformadır. S. Mübarək qeyd edib ki, yoxsulluğun aradan qaldırılması bütün millətlərin əsas strategiyası olmalıdır, təhsillə bağlı problemlərin aradan qaldırılması üçün gənclər həvəsləndirilməli, onlara maddi yardımlar göstərilməlidir.
Konfransda çıxış edən UNESKCO-nun xoşməramlı səfiri Marianna Vardinnoyanis isə qeyd edib ki, tədbirin dünya ölkələrində gənclərin məşğulluq strategiyasının müəyyən olunmasında böyük rolu var. Azərbaycanın artıq məşğulluq sahəsində təcrübə qazandığını deyən xoşməramlı səfir bu təcrübənin digər inkişaf etməkdə olan ölkələrlə bölüşdürülməsinin vacibliyini önə çəkib.
YES İnc. Təşkilatının prezidenti Punam Ahluvalia isə tədbir çərçivəsində müxtəlif məruzələrin dinləniləcəyini qeyd edib. Onun sözlərinə görə, sentyabrın 27-dək davam edəcək müxtəlif sessiyalarda dünya miqyasında sahibkarlıq fəaliyyətinin təbliği, gənclərin məşğulluq mərkəzlərinin yaradılması, kənd yerlərində gənc nəslin gəlirliyi, insan kapitalının idarə edilməsi, məktəbdən kənar qalmış gənclərlə iş, gənclər proqramlarının təsir imkanları, habelə gələcək perspektivlər müzakirə olunacaq. Tədbir işini davam etdirir.
Qeyd edək ki, sammit sentyabrın 27-də başa çatacaq. Konfransın yekununda Nazirlərin Bəyannaməsi qəbul ediləcək. Növbəti sammitin 2010-cu ildə İsveçdə keçirilməsi nəzərdə tutulur.
Daxili siyasət
Əhalinin siyahıyaalınması sahəsində görüləcək hazırlıq işləri açıqlanıb
Prezident İlham Əliyevin Şuşa mesajlarının təhlili mövzusunda ekspert müzakirəsi keçirilib
Ziyafət Əsgərov: Prezidentin Şuşa Forumunda "Biz yalnız özümüzə güvənə bilərik" çağırışı dövlətçilik strategiyasının əsas prinsipidir
Milli Məclisin növbədənkənar sessiyası başa çatıb
Xəbər Lenti
Rusiya Odessaya raket zərbəsi endirib: 2 nəfər ölüb, 10 yaralı var
Heydər Əliyev Mərkəzi Slovakiya bayrağının rəngləri ilə işıqlandırılıb - FOTO
Şuşada Aşıq Ələsgərə həsr olunmuş tədbir keçirilib
ABŞ-ın ötən gün İrana zərbəsi nəticəsində 8 nəfər ölüb, 20 nəfər yaralanıb - VİDEO - YENİLƏNİB
Azərbaycandan Gürcüstana pul köçürmələri artıb
Azərbaycanın bu il ixrac etdiyi neftin həcmi açıqlanıb
Azərbaycan Prezidenti İrlandiyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Abşeronda kuryerə qarşı soyğunçuluq edən şəxs saxlanılıb
Vüsalə Qurbanova: "IT SkillSprint" layihəsinin məşğulluq göstəricisi 29%-dir
Azərbaycanda gündəlik neft hasilatının həcmi açıqlanıb
Prezident İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul edib
Vüqar Süleymanov: Əsas məqsədlərimizdən biri mina problemini beynəlxalq ictimaiyyətə çatdırmaqdır
Prezident Kambocanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Azərbaycan bu il Avropaya 6 mlrd. kubmetrə yaxın qaz ixrac edib
ANAMA: Ermənistanın yeni mina formulyarlarını təqdim etməsinə dair hər hansı yenilik yoxdur
Prezident İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Çin Azərbaycana qapalı yerlərdəki minaları aşkarlayan cihazlar verib
Azərbaycanda bu il 3 mln. tona yaxın neft emal edilib
İran Səhiyyə Nazirliyi: ABŞ-ın son həftədə hücumlarında 38 nəfər ölüb, 400-dən çox yaralı var
ANAMA süni intellektin minatəmizləmədə tətbiqi ilə bağlı araşdırma aparır
AÇG və “Şahdəniz”dən indiyədək hasil edilən neft və qazın həcmi açqlanıb
Nazirlər Kabinetində əhalinin siyahıyaalınmasına dair iclası keçirilir
Əhalinin siyahıyaalınmasına yardım üzrə Mərkəzi Komissiya yaradılacaq
Əhalinin siyahıyaalınması sahəsində görüləcək hazırlıq işləri açıqlanıb
Baş nazir: İlk dəfə siyahıyaalınma Azərbaycanın bütün suveren ərazisini tam şəkildə əhatə edəcək
"IT SkillSprint" əmək bazarının tələblərinə uyğun proqramdır
Qazaxın azad edilmiş 4 kəndində aşkarlanan minaların sayı açıqlanıb
Vüqar Süleymanov: ANAMA kollektivi Azərbaycan vətəndaşlarından ibarətdir
Oman sahillərində tankerə hücum edilib
Azərbaycanın milli bəyanatı BMT Baş Assambleyasının yüksəksəviyyəli iclasında təqdim edilib
Azad edilmiş ərazilərdə indiyədək 287 385 ha minadan təmizlənib
“Euromoney” ABB-ni yenidən “İlin ən yaxşı bankı” seçib
Azərbaycan-Litva ikitərəfi əlaqələri müzakirə edilib
Orta güc - ŞƏRH
Nazir müavini: Azərbaycanda ən yaxşı ali təhsil imkanları artıq ölkədən çıxmadan əlçatandır
Gəncə və Samuxda yas mərasimlərində 48 nəfər zəhərlənib
Nazir müavini: Azərbaycanda insan kapitalının formalaşdırılması dövlət siyasətinin əsas prioritetlərindən biridir
Ziraat Bank Azərbaycan 2026-cı ilin ikinci rübündə də dayanıqlı artım tempini qoruyub
SEPAH ABŞ-ın Omandakı radar sistemlərinə zərbələr endirib
Agentlik: Arıqlama məhsullarında təhlükəli maddələr aşkar edilib
"IT SkillSprint" proqramının ilk mərhələsində 120 tələbə iştirak edib
İRİA-nın təhsil layihələri çərçivəsində 10 minə yaxın məzun hazırlanıb
Bakıda süni intellekt sahəsində regional qabaqcıl təcrübə mərkəzi yaradılacaq
Ölkədə fəaliyyəti bərpa edilən heyvan bazarlarının sayı açıqlanıb
İstehlaka yararsız 30 tondan çox ət məhv edilib
FHN Gəncədəki “Nizami Gəncəvi” muzeyində təlim keçirib - VİDEO - FOTO
Ali Məhkəmə: Mənzildə çatışmayan sahənin pulunu geri almaq olar
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
Kobaxidze: Gürcüstan Azərbaycanla münasibətləri dərinləşdirir
Xankəndidə tikilidə yanğın baş verib