Bank Of Baku

ALDP-nin sabiq sədri Valeh İbadov yeni partiya yaradır

ALDP-nin sabiq sədri Valeh İbadov yeni partiya yaradır
# 24 sentyabr 2008 10:05 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Bu gün Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) keçmiş sədri Valeh İbadov mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, V. İbadov deyib ki, avqustun 28-də keçirilən qurultayda ALDP sədrliyindən uzaqlaşdıqdan sonra, öz tərəfdarları ilə millətçi partiya yaratmaq qərarına gəlib. V. İbadovun sözlərinə görə, sentyabrın 14-də yeni partiyanın Təşkilat Komitəsinin toplantısı keçirilib: “Yeni təsis etdiyimiz partiya Böyük Azərbaycan Uğrunda Milli Hərəkat Partiyası adlanacaq. Partiyanın əsas qayəsi millətçilik və Azərbaycanın itirilmiş ərazilərinin geri qaytarılmasıdır”. O, seçki öncəsi və sonra kütləvi aksiyalar keçirəcəklərini də söyləyib: “Bakının mərkəzi meydanlarının birində mitinq keçirəcəyik. Mitinqin vaxtı isə gələn həftə müəyyənləşəcək”. V. İbadov yaxın 3 ay ərzində Böyük Azərbaycan Uğrunda Milli Hərəkat Partiyasının qurultayının keçirilməsinin nəzərdə tutulduğunu deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR