Bank Of Baku

Azərbaycanın müdafiə naziri Faransa və Kuba səfirlərini qəbul edib

Azərbaycanın müdafiə naziri Faransa və Kuba səfirlərini qəbul edib
# 24 sentyabr 2008 10:15 (UTC +04:00)
Bakı-APA. Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Fransanın Azərbaycana yeni təyin olunan səfiri Qabriel Kelleri qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yeni təyinatı münasibəti ilə səfiri təbrik edən müdafiə naziri qonaqla regionda hərbi-siyasi vəziyyət və Dağlıq Qarabağ münaqişəsi barədə fikir mübadiləsi aparıb. S. Əbiyev bu gün həmçinin Kuba Respublikasının Azərbaycana yeni təyin olunan səfiri Marselo Kabalyero Torresi qəbul edib. Görüşdə Kuba-Azərbaycan əlaqələri müzakirə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR