Bank Of Baku

Əli Həsənov: ““Nabukko” layihəsində dəyişikliklə bağlı Azərbaycana hər hansı təklif daxil olmayıb”

Əli Həsənov: ““Nabukko” layihəsində dəyişikliklə bağlı Azərbaycana hər hansı təklif daxil olmayıb”
# 24 sentyabr 2008 11:08 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. ““Nabukko” qaz kəməri layihəsində dəyişikliklə bağlı Azərbaycan hökumətinə hər hansı təklif daxil olmayıb”. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənov deyib. “Nabukko” kəmərinin Ermənistandan keçəcəyi barədə yayılan məlumatlara münasibət bildirən Ə. Həsənov bu gün kəmərin marşrutunun dəyişdirilməsi üçün ciddi əsas görmədiklərini söyləyib. O, kəmərin marşrutunun artıq müəyyən olunduğunu xatırladıb: “Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistan işğal etdiyi əraziləri geri qaytarmasa, Azərbaycanın bu ərazilər üzərində suveren hüquqları bərpa olunmasa və Cənubi Qafqazda sülh yaranmasa, Ermənistanla heç bir əməkdaşlığa getməyəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR