Bank Of Baku

“Müsavat” deputat qrupu “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna və Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı yeni layihə hazırlayıb

“Müsavat” deputat qrupu “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna və Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı yeni layihə hazırlayıb
# 24 sentyabr 2008 11:27 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. “Müsavat” deputat qrupu parlamentin payız sessiyasında “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna və Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı yeni layihə təqdim edəcək. Bu barədə APA-ya qrupun üzvü, millət vəkili Pənah Hüseyn məlumat verib. Onun sözlərinə görə, “Sərbəst toplaşmaq azadlığı haqda” qanuna ötən sessiyada əlavə və dəyişiklik edilməsinə baxmayaraq, qanunun işləməsi ilə bağlı bəzi problemlər var və qanundakı boşluqların aradan qaldırılması vacibdir. Seçki Məcəlləsi ilə bağlı bu vaxta qədər deputat qrupu tərəfindən parlamentə iki layihənin təqdim edildiyini bildirən P. Hüseyn qeyd edib ki, yeni layihədə qanuna yeni müddəaların gətirilməsi təklif edilir: “Hazırda seçki kampaniyası və təşviqatın müddəti qısaldılıb. Buna görə siyasi partiyaların təbliğat aparmaq hüququ praktikada məhdudlaşdırılıb. Halbuki bütün dünyada siyasi partiyaların fəaliyyətinin əsas məqsədi seçkidir. Yəni elə bir müddəalar gəlməlidir ki, seçki elan olunan dövrə qədər partiyaların təbliğatına imkan yaradılsın”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR