Bank Of Baku

Əli Həsənov: “Müşahidəçilər seçki kampaniyasını dinamik qiymətləndirirlər”

Əli Həsənov: “Müşahidəçilər seçki kampaniyasını dinamik qiymətləndirirlər”
# 24 sentyabr 2008 11:27 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. “Seçki kampaniyası ən yüksək mərhələsinə daxil olub – təbliğat və təşviqat mərhələsinə. Namizədlər bütün ölkə ərazisində görüşlər keçirir, seçicilərlə təmasda olur, ictimai televiziya və radio ilə təbliğat kampaniyası aparırlar. Rəsmi qəzetlərdə namizədlərin platformaları dərc olunur və digər seçkiqabağı prosedurlar həyata keçirilir”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. O, ölkədə vəziyyətin sabit olduğunu, müşahidəçilərin seçkiqabağı kampaniyanı kifayət qədər dinamik hesab etdiklərini bildirib: “Düşünürük ki, sona qədər belə olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR