Bank Of Baku

Əli Həsənov: “Biz Azərbaycanı rus icmasının nümayəndələri olmadan təsəvvür etmirik”

Əli Həsənov: “Biz Azərbaycanı rus icmasının nümayəndələri olmadan təsəvvür etmirik”
# 24 sentyabr 2008 11:37 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. “Biz Azərbaycanı rus icmasının nümayəndələri olmadan təsəvvür etmirik”. APA-nın məlumatına görə, bu sözləri Azərbaycanın Rus İcmasının yaradılmasının 15 illiyi ilə bağlı tədbirdə iştirak edən Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. Milli rəngarəngliyin Azərbaycanın ən böyük sərvətlərindən biri olduğunu söyləyən şöbə müdiri ölkədə müxtəlif etnik qrupların nümayəndələrinin yaşadığını xatırladıb: “Onlar neçə illərdir Azərbaycan xalqı ilə birlikdə dövlət quruculuğunda iştirak edirlər. Ölkəmizin ərazi bütövlüyünün və müstəqilliyinin qorunmasında bu millətlərin oğulları da Azərbaycan xalqının övladları ilə birlikdə vuruşublar. Rus icması da bu çoxsaylı etnik tərkibin əsas qruplarından biridir”. Ə. Həsənov Azərbaycanın Rus İcmasının 15 ildir digər QHT-lə bərabər vətəndaş cəmiyyətinin inkişafında iştirak etdiyini də vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR