Bank Of Baku

Müxalifətin mitinqlə bağlı müraciəti Bakı şəhər İcra Hakimiyyətinə daxil olub

Müxalifətin mitinqlə bağlı müraciəti Bakı şəhər İcra Hakimiyyətinə daxil olub
# 24 sentyabr 2008 12:02 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Müxalifət partiyalarının sentyabrın 28-nə təyin etdikləri mitinqlə bağlı müraciətləri Bakı şəhər İcra Hakimiyyətinə (BŞİH) daxil olub. Bu barədə APA-ya şəhər İcra Hakimiyyətinin ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Zaur Ramazanov məlumat verib. Onun sözlərinə görə, müxalifət partiyaları müraciətlərində göstərdikləri 9 meydanın birində aksiya keçirmək üçün icazə istəyiblər. Müraciətə 4 partiya – Müsavat, Xalq Cəbhəsi, Liberal, Vətəndaş və İnkişaf partiyaları imza atıb. Z. Ramazanov bildirib ki, müraciətə qanuna müvafiq olaraq sabah cavab veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR