Bank Of Baku

Bakıda Azərbaycanın Rus İcmasının 15 illiyinə həsr olunmuş konfrans keçirilib

Bakıda Azərbaycanın Rus İcmasının 15 illiyinə həsr olunmuş konfrans keçirilib
# 24 sentyabr 2008 12:26 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Bu gün Bakıda “Rus İcması – 15 illik yol” adlı konfrans keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən icma rəhbəri, millət vəkili Mixail Zabelin qeyd edib ki, hazırda Azərbaycanda 150 min rus yaşayır. Rus dilinin Azərbaycanda qorunduğunu qeyd edən icma rəhbərinin sözlərinə görə, ölkədə 15 min tələbə rus dilində təsir alır, rus dilində nəşr olunan qəzetlərin sayı sovetlər dövrü ilə müqayisədə dəfələrlə artıb. Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub. Müraciətdə deyilir ki, 170 ildən artıqdır ki, 100 minlərlə rus Azərbaycanı öz vətəni hesab edir, milli, etnik ənənələrini saxlayaraq cəmiyyətimizə inteqrasiya olunub.

Konfransda çıxış edən Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev millətin mədəni səviyyəsinin neçə dil bilməklə müəyyən olunduğunu deyib: “Hollandlar ən mədəni millət sayılırlar, çünki əhalinin əksəriyyəti heç olmasa 2 dil bilir. Arzu edərdim ki, azərbaycanlılar bu birinciliyi hollandların əlindən alsınlar. Rusiyada bilsinlər ki, Azərbaycanda bu ölkəyə və ruslara münasibət dəyişməyib”.

Bakı və Xəzəryanı Yeparxiyanın yepiskopu Aleksandr Ata rusların Azərbaycan cəmiyyətində rolundan, ölkəmizdəki tolerantlıqdan danışıb. Ümümrusiya Azərbaycan Konqresinin icraçı direktoru Eldar Quliyev Rusiyada yaşayan azərbaycanlıların bu ölkənin ictimai-siyasi həyatında oynadığı rola diqqət çəkib. O, Rusiya icmasının rəhbəri Mixail Zabelinə Moskvada rus dilində nəşr olunmuş “Azərbaycan nağılları” 2 cildliyini hədiyyə edib. Konfrans iştirakçıları Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Dmitri Medvedev, Moskva meri Yuri Lujkova müraciətlər qəbul ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR