Bank Of Baku

Ümümrusiya Azərbaycan Konqresi Moskvada mitinq keçirəcək

Ümümrusiya Azərbaycan Konqresi Moskvada mitinq keçirəcək
# 24 sentyabr 2008 13:11 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Ümümrusiya Azərbaycan Konqresi (ÜAK) dövlət başçısı İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyir. Bunu APA-ya ÜAK-ın icraçı direktoru, səfir Eldar Quliyev deyib. O bildirib ki, ÜAK bununla əlaqədar oktyabrın 3-də Moskvanın “Bakı” kinoteatrında mitinq keçirəcək. E. Quliyev mitinqə konqresin Rusiyada fəaliyyət göstərən 72 bölməsindən nümayəndələrin qatılacağını və İlham Əliyevə dəstəklərini nümayiş etdirəcəklərini söyləyib: “Biz hesab edirik ki, İlham Əliyev Azərbaycan üçün çox şey edib və edəcək. Ona inanırıq. Rusiyada yaşayan bütün azərbaycanlılar İlham Əliyevi dəstəkləyir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR