Bank Of Baku

Pənah Hüseyn: “Müxalifətin Əməkdaşlıq Mərkəzinin irəli sürdüyü şüarlar arasında seçkinin dayandırılması tələbi yoxdur”

Pənah Hüseyn: “Müxalifətin Əməkdaşlıq Mərkəzinin irəli sürdüyü şüarlar arasında seçkinin dayandırılması tələbi yoxdur”
# 25 sentyabr 2008 11:36 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Müxalifətin Əməkdaşlıq Mərkəzinin təyin etdiyi mitinqin prezident seçkilərinə hər hansı təsiri ola bilməz. Çünki irəli sürülən şüarlar arasında seçkinin dayandırılması tələbi yoxdur”. Bunu APA-ya açıqlamasında Milli Məclisin “Müsavat” deputat qrupunun üzvü Pənah Hüseyn deyib. Mitinq keçirməyin vətəndaşların hüququ olduğunu bildirən P. Hüseynin sözlərinə görə, hakimiyyət buna əngəl törətməməlidir: “Hazırda mitinqlərin məqsədi, orada səslənən şüarlardan daha çox, aksiyanın özünün baş tutması əsas məqsədlərdən biridir. Çünki neçə vaxtdır Azərbaycanda mitinq keçirmək hüququ məhdudlaşdırılıb”. P. Hüseyn “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna əlavə və dəyişiklik edildiyini xatırladaraq bu qanunun necə işləyəcəyinin hakimiyyətin cavabından asılı olacağını söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR