Bank Of Baku

Azərbaycanın ədliyyə naziri türkiyəli həmkarını qəbul edib

Azərbaycanın ədliyyə naziri türkiyəli həmkarını qəbul edib
# 25 sentyabr 2008 12:08 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov Bakıda səfərdə olan türkiyəli həmkarı Mehmet Əli Şahini qəbul edib. APA-nın məlumatına görə, görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub. F. Məmmədov qardaş ölkənin ədliyyə nazirini Azərbaycanda görməkdən məmnun olduğunu bildirib. O, hər iki dövlət arasında mövcud olan hüquqi anlaşma sazişindən danışaraq Azərbaycanda aparılan məhkəmə-hüquq islahatları barədə qonağa məlumat verib. Bu istiqamətdə Türkiyənin təcrübəsindən faydalandıqlarını vurğulayan F. Məmmədov hüquq sahəsində qarşılıqlı münasibətlərin gündən-günə inkişaf etdiyini söyləyib. Nazir Azərbaycanda 2000-dən çox Türkiyə şirkətinin fəaliyyət göstərdiyini və orada çalışan Türkiyə vətəndaşlarının hüquqlarının qorunması üçün müvafiq işlər aparıldığını vurğulayıb. M. Ə. Şahin də öz növbəsində Türkiyədə çalışan azərbaycanlıların hüquqlarının qorunduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR