Bank Of Baku

Fikrət Məmmədov: “Azərbaycan olan cəzaçəkmə müəssisələri müasir standartlara cavab vermir”

Fikrət Məmmədov: “Azərbaycan olan cəzaçəkmə müəssisələri müasir standartlara cavab vermir”
# 25 sentyabr 2008 12:18 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Azərbaycan olan cəzaçəkmə müəssisələri müasir standartlara cavab vermir. APA-nın məlumatına görə, bu sözləri Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov Türkiyəli həmkarı Mehmet Əli Şahinlə bu gün keçirdiyi görüşdə deyib. Azərbaycanda olan cəzaçəkmə müəssisələrinin böyük əksəriyyətinin sovet dönəmindən qaldığını vurğulayan nazir onların müasir standartlara cavab vermədiyini vurğulayıb. O, artıq Naxçıvan Muxtar Respublikasında (MR) müasir standartlara cavab verən yeni cəzaçəkmə müəssisəsinin istifadəyə verildiyini və analoji tədbirlərin ölkənin bütün əyalətlərində aparılacağını bildirib. Tükiyənin ədliyyə naziri Mehmet Əli Şahin də öz növbəsində Naxçıvanda istifadəyə verilən cəzaçəkmə müəssisəsinə baş çəkəcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR