Azərbaycanda yeni siyasi partiya yaradılır
25 sentyabr 2008 12:24 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Azərbaycan Sosial Demokrat Partiyası (ASDP) Mərkəzi Komitəsi Bürosunun sabiq üzvü, partiyanın keçmiş ideologiya katibi Elşən Manafov Azərbaycan Demokratik Sol Partiyasının (ADSP) Təşəbbüs Qrupunu yaradıb. Bu barədə APA-ya E. Manafov məlumat verib. O bildirib ki, prezident seçkisindən sonra təşkilat komitəsi formalaşdırılacaq: “Partiyanın proqramı üzərində iş gedir. Çalışırıq ki, partiyanın sənədlərində beynəlxalq təcrübə nəzərə alınsın”. E. Manafovun sözlərinə görə, Təşəbbüs Qrupunda ASDP üzvləri də var: “ASDP-yə mənə görə üzv olanlar bu partiyanı tərk edəcəklər”. E. Manafov digər sol təmayüllü partiyalarla danışıqlar apardıqlarını da söyləyib: “Danışıqlar apardığım partiyalar arasında iqtidaryönümlü partiyaların toplaşdığı Məşvərət Məclisində təmsil olunan qurumlar da var”.
Daxili siyasət
9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur
00:00
9 may 2024
Deputat: Qazaxın 4 kəndinin qaytarılmasına dirəniş missiyasını indi də Qriqoryan kilsəsinə tapşırıblar
11:36
7 may 2024
Milli Məclis adından Mehriban Əliyevaya təbrik məktubu göndərilib
11:15
7 may 2024
Spiker: Heydər Əliyev böyük tarixi şəxsiyyətlərimizin dövlətçilik ənənələrini davam və inkişaf etdirib
11:09
7 may 2024