Bank Of Baku

AMİP İsveç Moderat Partiyası və Jarl Harmson Fondu ilə birgə Lənkəranda regional konfrans keçirib

AMİP İsveç Moderat Partiyası və Jarl Harmson Fondu ilə birgə Lənkəranda regional konfrans keçirib
# 25 sentyabr 2008 13:05 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) İsveçin hakim Moderat Partiyası və Jarl Harmson Fondu ilə birgə bu gün Lənkəran şəhərində regional konfrans keçirib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, “Dialoqa hazırlıq, danışıq aparmaq bacarıqları, seçkilərdə alyanslar və yerli siyasət” mövzusunda keçirilən tədbirdə bölgədə yaşayan partiya üzvləri iştirak edib. Tədbirdə mövzu ilə bağlı Azərbaycan və İsveçdə mövcud olan qaydalar ətrafında fikir mübadiləsi aparılıb. Fondun layihə meneceri Katarina Valberq, İsveçsin Solma bələdiyyəsinin üzvü Henrik Kelfle, Estoniyanın keçmiş baş nazirinin siyasi müşaviri Veyko Lukman mövzu ətrafında məruzə ilə çıxış ediblər. Konfransda AMİP Mərkəzi Aparatının təmsilçiləri də iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR