Bank Of Baku

Milli Məclisin sədri Oqtay Əsədov Türkiyənin ədliyyə nazirini qəbul edib

Milli Məclisin sədri Oqtay Əsədov Türkiyənin ədliyyə nazirini qəbul edib
# 25 sentyabr 2008 14:18 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin sədri Oqtay Əsədov Türkiyənin ədliyyə naziri Mehmet Əli Şahini qəbul edib. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, O. Əsədov Türkiyə ilə Azərbaycan arasındakı siyasi, iqtisadi, mədəni əlaqələrin, beynəlxalq təşkilatlar çərçivəsindəki əməkdaşlığın digər dövlətlərə də nümunə ola biləcəyini deyib: “İki ölkənin strateji tərəfdaş olduqları sözdə yox, əməldə də sübuta yetirilib. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi neft və qaz kəmərlərinin inşası, reallaşmaqda olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti bunun bariz nümunəsidir. Türkiyə iş adamları Azərbaycan iqtisadiyyatına 2 milyarddan çox ABŞ dolları həcmində sərmayə yatırıblar. Cari ilin 6 ayı ərzində ticarət dövriyyəsi 1 milyard dollara yaxın olub”. Spiker bildirib ki, dövlətlərarası münasibətlər sistemində parlamentlərin rolu böyükdür: “Yüksək səviyyəli parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərləri münasibətlərimizin inkişafında önəmli rol oynayır”.

Mehmet Əli Şahin isə Türkiyənin Azərbaycanla əməkdaşlığın daha da dərinləşməsinə böyük önəm verdiyini xüsusi vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR