Bank Of Baku

Bakı şəhər İcra Hakimiyyətin müxalifətin mitinqlə bağlı müraciətini cavablandırıb

Bakı şəhər İcra Hakimiyyətin müxalifətin mitinqlə bağlı müraciətini cavablandırıb
# 25 sentyabr 2008 14:19 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) bir neçə müxalifət partiyasının sentyabrın 28-də mitinq keçirməklə bağlı müraciətinə cavab verib. Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının APA-ya verdiyi məlumata görə, şəhər rəhbərliyi partiyaların müraciətdə göstərdiyi 9 meydanın heç birində aksiyanın keçirilməsini məqsədəuyğun saymayıb. Şəhər rəhbərliyi müxalifətə aksiyanı “Neftçi” İdman-Sağlamlıq Mərkəzinin “Bibiheybət” stadionunda keçirilməsini təklif edib. A. Hacılı bildirib ki, onlar Bibiheybətdə mitinq keçirmək fikrində deyillər və buna görə də sentyabrın 28-nə təyin edilmiş aksiya təxirə salınır: “Biz Bakı şəhər İcra Hakimiyyətinin qərarı ilə bağlı məhkəməyə müraciət edəcəyik. Həmçinin, mitinqlərin keçirilməsinin digər yolları və həmçinin icazəsiz aksiyalarla bağlı müzakirələrə başlayacağıq”. Qeyd edək ki, müxalifətin əməkdaşlıq mərkəzində təmsil olunan Müsavat Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası, Liberal Partiyası, Vətəndaş və İnkişaf Partiyası, “Azərbaycan Naminə” İctimai Forum prezident seçkiləri il bağlı əks təbliğat aparmaq məqsədi ilə sentyabrın 28-nə mitinq təyin ediblər. Partiyalar öz müraciətlərində göstərdikləri 9 meydandan birində mitinqin keçirilməsinə icazə verilməsini istəyibdilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR