Bank Of Baku

Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib
# 25 sentyabr 2008 17:17 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev ölkəmizdə səfərdə olan Türkiyənin ədliyyə naziri Mehmet Əli Şahini qəbul edib. APA-nın məlumatına görə, nazir Mehmet Əli Şahin iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın yüksək səviyyədə olduğunu, bu münasibətlərin daha da inkişaf etməsi üçün hər iki dövlətin əlindən gələni əsirgəmədiyini bildirib. Dövlət başçısı İlham Əliyev qonağın ölkəmizə səfərindən məmnun olduğunu, iki ölkə arasında əməkdaşlığın inkişafında qarşılıqlı səfərlərin mühüm əhəmiyyət kəsb etdiyini deyib. Azərbaycan-Türkiyə əlaqələrinin yüksək səviyyədə olduğunu deyən prezident bu münasibətlərin daha da inkişaf edəcəyinə əminliyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR