Bank Of Baku

Prezident İlham Əliyev bir qrup qadının təltif olunması ilə bağlı sərəncamlar imzalayıb

Prezident İlham Əliyev bir qrup qadının təltif olunması ilə bağlı sərəncamlar imzalayıb
# 25 sentyabr 2008 17:21 (UTC +04:00)
Bakı-APA. Prezident İlham Əliyev ölkənin elm, səhiyyə, təhsil, incəsənət sahəsindəki xidmətlərinə görə bir qrup qadının təltif olunması ilə bağlı sərəncamlar imzalayıb. APA-nın məlumatına görə, bir qrup məşhur xanım “Şöhrət” ordeni, “Tərəqqi” medalı ilə təltif olunub.

Ölkə başçısının digər sərəncamı ilə bir qrup qadına “Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi”, “Azərbaycan Respublikasının əməkdar müəllimi”, “Azərbaycan Respublikasının əməkdar həkimi”, “Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi” fəxri adları verilib.

Prezidentin digər sərəncamına əsasən iki xanıma da “Azərbaycan Respublikası Prezidentinin Fərdi Təqaüdü” verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR