Bank Of Baku

Ermənistan Silahlı Qüvvələri Azərbaycanın mövqelərini müxtəlif istiqamətlərdən atəşə tutub

Ermənistan Silahlı Qüvvələri Azərbaycanın mövqelərini müxtəlif istiqamətlərdən atəşə tutub
# 26 sentyabr 2008 07:36 (UTC +04:00)
Bakı-APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 25-də saat 11.20-dən 11.25-dək, 15.15-dən 15.30-dək Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 16.40-dan 17.05-dək və sentyabrın 26-da saat 01.40-dan 02.20-dək, 05.30-dan 05.50-dək Füzuli rayonunun Qərvənd, Horadiz, Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 18.30-dan 20.35-dək, 21.15-dən 21.45-dək və sentyabrın 26-da saat 04.10-dan 06.10-dək fasilələrlə Tərtər rayonunun Qızıl Oba, Seysulan, Göyarx, Çaylı və Çiləbürt kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 20.15-dən 20.20-dək və 23.40-dan 23.45-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Müdafiə Nazirliyinin mçətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR