Bank Of Baku

İslam təmayüllü təşkilatlar İsrailin Azərbaycandakı səfirliyi qarşısında aksiya keçirməyə cəhd göstəriblər

İslam təmayüllü təşkilatlar İsrailin Azərbaycandakı səfirliyi qarşısında aksiya keçirməyə cəhd göstəriblər
# 26 sentyabr 2008 08:09 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Bu gün İslam Partiyasının, ölkədə fəaliyyət göstərən İslam təmayüllü təşkilatların iştirakı ilə İsrailin Azərbaycandakı səfirliyinin binası qarşısında aksiya keçirilməsinə cəhd göstərilib. APA-nın xəbərinə görə, aksiya ümumdünya Qüds gününə həsr olunub. Aksiya iştirakçıları beş dəqiqə ərzində İsrail dövləti və sionizm əleyhinə şüarlar səsləndirib, Qüds şəhərinin işğaldan azad olunmasını tələb edib, dünya müsəlmanlarını bununla bağlı birliyə çağırıblar. Hadisə yerinə gələn Yasamal rayon Polis İdarəsinin əməkdaşları sanksiyalaşdırılmamış aksiyanın qarşısını alıblar. İştirakçıların əksəriyyəti saxlanılaraq Yasamal rayon 27-ci polis bölməsinə aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR