Bank Of Baku

ADP partiyanın İmişli rayon təşkilatının sədri barədə məhkəmə qərarını pisləyib

ADP partiyanın İmişli rayon təşkilatının sədri barədə məhkəmə qərarını pisləyib
# 26 sentyabr 2008 12:23 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Demokrat Partiyası (ADP) partiyanın İmişli rayon təşkilatının sədri Məhbub Zülfüqarov barədə məhkəmənin bir il şərti cəza qərarı çıxarması barədə bəyanatla çıxış edib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan bəyanatda məhkəmənin qərarının ədalətsiz olduğu bildirilir. ADP rəhbərliyi hesab edir ki, M. Zülfüqarovun 1 il şərti olaraq azadlıqdan məhrum edilməsi və 3 min manat məbləğində cərimə olunması onun siyasi fəaliyyəti ilə bağlıdır. Qərarın yerli hakimiyyət orqanlarının sifarişi ilə qəbul olunduğunu iddia edən ADP məhkəmənin bu qərarını pisləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR