Bank Of Baku

Solmaz Ələsgərova ACP-dən istefa verib

Solmaz Ələsgərova ACP-dən istefa verib
# 26 sentyabr 2008 15:14 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Açıq Cəmiyyət Partiyasının (ACP) üzvü, partiya liderinin müşaviri Solmaz Ələsgərova vəzifəsindən və partiya sıralarından istefa verib. Bu barədə APA-ya S. Ələsgərova özü məlumat verib. O, siyasi fəaliyyətini Çingiz Dəmiroğlunun rəhbərlik etdiyi Tərəqqi Partiyasında və ATA blokunda davam etdirmək qərarına gəldiyini açıqlayıb: “Mən 1999-cu ildə YAP-dan müxalifətə keçmişdim. Bu neçə il ərzində müxalifətdə gördüklərim, istədiklərimi əldə edə bilməməyim belə bir addım atmağıma səbəb oldu. Bu gün Tərəqqi Partiyasının mövqeyi Azərbaycan dövlətçiliyinin mənafeyinə daha uyğundur”. S. Ələsgərova əslində ACP ilə ciddi əlaqəsi olmadığını qeyd edib: “Çünki bu partiya dövlət qeydiyyatına alınmayıb və mənim partiya üzvlüyümü təsdiqləyən heç bir sənəd yoxdur. Ona görə də partiyanın üzvü sayılmıram. Bu baxımdan ACP-də heç bir fəaliyyətim olmayıb”. S. Ələsgərova ACP lideri Rəsul Quliyevin ciddi siyasi fəaliyyətlə məşğul olmadığını vurğulayıb: “Siyasətçinin gərək siyasəti ola. Mən iki ildir kənara çəkilmişəm. Neytral, gözləmə mövqeyində idim. ACP isə olmayan bir şeydir. Düzdür, Rəsul Quliyevin müşaviri olmuşam. Amma partiyanın nə sədrini qəbul etmişəm, nə də o partiyanı partiya saymışam”.

ACP sədri Akif Şahbazov isə S. Ələsgərovaya yaxşı yol arzulayıb: “Partiyada əvvəlcədən elan etmişəm ki, üzvlərin xaric olunmasına münasibətim mənfidir. Kim istəyər fəaliyyət göstərər, kim istəyər gedər. Hər bir partiya üzvü vətəndaş olaraq seçimində azaddır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR